пятница, 4 ноября 2011 г.

СЧЕТ

Qohum funksiyalar:
Sintaksis:
СЧЕТ(значение1;значение2;...)
Nəticə:
Arqumentlər siyahısında ədədlərin sayını hesablayır.
Arqumentlər:
значение1, значение2,...: 1-dən 255-ə qədər müxtəlif tipli verilənlər və ya onlara istinadlar ola bilər, lakin hesablamada yalnız ədədlər iştirak edir.
Qeydlər:
  • ədədlərdən, boş qiymətlərdən, məntiqi dəyişənlərdən, tarixlərdən və ya ədədləri təsvir edən mətnlərdən ibarət arqumentlər nəzərə alınır;
  • səhvlərin qiymətlərindən və ya ədəd kimi interpretasiya oluna bilməyən mətnlərdən ibarət olan arqumentlər nəzərə alınmır;
  • əgər arqument massiv və ya istinaddırsa, onda yalnız bu massivdə və ya istinadda olan ədədlər hesablanır. Massivdə və ya istinadda olan boş xanalar, məntiqi qiymətlər, mətnlər nəzərə alınmır.
Riyazi-statistik interpretasiya:
СЧЕТ funksiyası xanalar massivində ədədi xanaların sayını tapmaq üçün istifadə olunur. 

Misal
Bir kiçik müəssisənin işçiləri arasında cari ilin birinci kvartalı üzrə sosial vəziyyəti öyrənmək məqsədilə sorğu aparılmışdır. Sorğuda orta əmək haqqında olan suala 14 nəfər respondentin verdiyi cavablar aşağıdakı EXCEL cədvəlində verilmişdir. Anketin sualına cavab vermiş respondentlərin sayını tapmaq tələb olunur.
                                                   

A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
1
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
2
Kvartal üzrə
orta əmək haqqı
(min manat)
1,52
4,25
1,58
2,73
5,11

4,1
3,72
3,15
4
2,95
4,17

Həlli
Məsələnin həlli üçün СЧЕТ funksiyasından istifadə etməklə  aşağıdakı düsturu tərtib edək:
=СЧЕТ (B2:O2)
Bu düsturu EXCEL cədvəlin hər hansı bir xanasına yazıb onu yerinə yetirsək, həmin xanada  anketin sualına cavab vermiş respondentlərin sayı olan 11 ədədini alarıq.